Qalatasaray” qələbə qazana bilməsə də ilk xalını əldə edib

26 Avqust 2019 03:33 (UTC+04:00)
Türkiyə Super Liqasında II tur davam edir. SİA-nın məlumatına görə, turun 4 oyunu keçirilib. "Rizəspor" "Sivasspor", "Trabzonspor" isə "Yeni Malatyaspor"la ev matçında üç xal qazanıb. Hər iki görüşdə 2:1 hesabı qeydə alınıb. "Dənizlispor" "Antalyaspor"la səfər qarşılaşmasında üç xal əldə edib. "Qalatasaray" isə evdə "Konyaspor"la üz-üzə gəlib. İstanbul klubu bu dəfə də meydanı qələbəsiz tərk edib. Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq. Türkiyə Super Liqası II tur 25 avqust "Rizəspor" – "Sivasspor" – 2:1 Samudio, 55 (pen.), Boldrin, 58 – Andrade, 79 "Trabzonspor" – "Yeni Malatyaspor" – 2:1 Omur, 45, Pereyra, 78 – Tozlu, 89 "Antalyaspor" – "Dənizlispor" – 0:2 Öztürk, 36 (ö.q.), Barrou, 67 "Qalatasaray" – "Konyaspor" – 1:1 Babel, 60 – Conson, 90