ABŞ-ın Merilend ştatındakı ticarət mərkəzində qaz sızması nəticəsində partlayış olub.

26 Avqust 2019 02:18 (UTC+04:00)
ABŞ-ın Merilend ştatının Kolumbia şəhərində ticarət mərkəzində qaz sızması nəticəsində partlayış olub. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, səhər saatlarında qaz iyi ətrafı bürüyüb. Dərhal hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Ticarət mərkəzində olan bütün insanlar anında təxliyə edilib. CNN-in yaydığı məlumatda bildirilir ki, bir saatdan sonra tucarət mərkəzində güclü partlayış olub. Qəza nəticəsində binanın bir hissəsi dağılıb. Ticarət mərkəzinin tamamilə çökməsi təhlükəsinin olduğu bildirilir. İnsanların xəsarət alması barədə məlumat verilməyib.