Kişilər və qadınlar” tamaşası iki dəfə nümayiş olunacaq

26 Avqust 2019 01:39 (UTC+04:00)
Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan "Kişilər və qadınlar" tamaşası sentyabrda iki dəfə nümayiş olunacaq. AZƏRTAC xəbər verir ki, sənət ocağı yeni mövsümü eyniadlı tamaşa ilə sentyabrın 14-də açıq elan edəcək. Bundan başqa, "Kişilər və qadınlar" sentyabrın 22-də teatrın səhnəsində pantomimasevərlərə təqdim olunacaq.