Böyük Britaniya Avropa İttifaqından 48 milyard dollar kompensasiya ödəməyəcək

26 Avqust 2019 00:15 (UTC+04:00)
Böyük Britaniya razılaşma əldə edilmədən Avropa İttifaqından (Aİ) çıxacağı halda 48 milyard dollar kompensasiya ödəməyəcək. SİA-nın məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson ITV telekanalına açıqlamasında bildirib. Bununla belə, B. Conson tezliklə Brexit-in şərtlərinə dair Böyük Britaniya və Aİ arasında saziş imzalanacağına əmin olduğunu söyləyib: "Hazırda bu razılaşmanın əldə edilməsi üçün real şans yarandığını düşünürəm. Bunun üçün biz Avropa İttifaqından razılaşmasız çıxmağa hazır olmalıyıq. Fikrimcə, razılaşmanın imzalanması şansı artır".