Alp dağlarında təyyarə qəzası olub

25 Avqust 2019 22:01 (UTC+04:00)

Alp dağlarında təyyarə qəzası baş verib. RİA "Novosti" xəbər verir ki, hadisə Simplon aşırımında qeydə alınıb. Yerli polisin saytının yaydığı məlumata görə, İtaliya istiqamətində uçan yüngül mühərrikli təyyarə "Piper" aşırıma düşüb və yanıb. Qəza zamanı pilot2 sərnişin həlak olub. Ölənlərdən birinin uşaqolduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı təhqiqat aparılır.