Mauro İkardi forma nömrəsini dəyişib

25 Avqust 2019 18:46 (UTC+04:00)
İnter"in futbolçusu Mauro İkardi forma nömrəsini dəyişib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu bu mövsüm 7 nömrəli formanı geyinəcək. İkardi ötən mövsüm 9 nömrəli forma ilə oynayıb. Yeni mövsümdən bu formanı Romelu Lukaku geyinəcək.