Gədəbəydə yanğın

25 Avqust 2019 16:17 (UTC+04:00)
Gədəbəydə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Arıqdam kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.