Şimali Koreya çoxlu raket buraxmağa qadir qurğunun sınağını keçirib

25 Avqust 2019 11:22 (UTC+04:00)
Şimali Koreya bir neçə raketi buraxmağa qadir olan nəhəng buraxıcı qurğunu uğurla sınaqdan keçirdiyini bəyan edib. SİA-nın xəbərinə görə, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Sınaq prosesində Şimali Koreya lideri Kim Çen İn iştirak edib. K. Ç. İn Şimali Koreya alimlərini uğurlu fəaliyyətləri münasibəti ilə təbrik edib və düşmən qüvvələr tərəfindən təhlükələrin qarşısının qətiyyətlə alınması üçün hərbi sənaye sahəsində fəaliyyətlərini davam etdirməyə çağırıb.