Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25 Avqust 2019 05:58 (UTC+04:00)
Çin Xalq Respublikasının Sədri Si Cinpin orduya döyüş qabiliyyətini və hazırlığını yüksəltməyi davam etdirməyi tapşırıb. SİA xəbər verir ki, Si Cinpin Çin Xalq Azadlıq Ordusu hərbi hava qüvvələrini Qansu vilayətində yerləşən bazasındakı şəraitlə tanış olarkən hərbçilərə belə bir tapşırıq verib. O, silahlı qüvvələrin Çin Kommunist Partiyasının güclü ordu quruculuğu ilə bağlı nəzəriyyəsini, habelə ölkənin müdafiə strategiyasını və siyasətini tam dərk etməli və həyata keçirməli olduğunu deyib.