Türkiyədə zirehli maşının qəzaya uğraması nəticəsində iki polis həlak olub

25 Avqust 2019 04:00 (UTC+04:00)
Türkiyənin Diyarbəkir vilayətinin Dicle rayonunda polisləri daşıyan zirehli maşın aşıb. SİA xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki polis ölüb, dördü yaralanıb. Yaralılar dövlət xəstəxanasında müalicə olunur.