"Real" yenə xal itirdi

25 Avqust 2019 02:06 (UTC+04:00)

Madrid "Real"ı İspaniya La Liqasında növbəti oyununa çıxıb. Madrid klubu 2-ci turda doğma meydanda "Valyadolid"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Real" - "Valyadolid" - 1:1
Qollar: Benzema, 82 (1:0), Quardiola, 88 (1:1)

Qeyd edək ki, turnir cədvəlinə 6 xalla "Sevilya" başçılıq edir. "Real" 4 xalla 2-ci, "Valyadolid" eyni xalla 3-cü pillədə qərarlaşıb.