“Yuventus” mövsümə qələbə ilə başlayıb

25 Avqust 2019 00:16 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında 2019-2020-ci il mövsümünə “Parma” - “Yuventus” oyunu ilə start verilib. “Ennio Tardini” stadionunda keçirilən qarşılaşma son çempion “Yuventus”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə topu rəqib qapısından 21-ci dəqiqədə Corco Kyellini keçirib. Turun digər oyunları avqustun 25-26-da keçiriləcək.