Dağıstanda “VAZ-2107” minik avtomobilinin uçurumdan aşması nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb

24 Avqust 2019 06:47 (UTC+04:00)
Dağıstanın Tsumadinski rayonunda "VAZ-2107" markalı minik avtomobilinin uçurumdan dərəyə aşması nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəsmi instaqram səhifəsində məlumat yayıb. Məlumatda qeyd edilib ki, içəridə sərinşinlərin olduğu minik avtomobili daşqının törətdiyi fəsadlar üzündən 500 metr yüksəklikdən dərəyə aşıb. Qəza nəticəsində ailə başçısı, arvadı və 10 yaşlı oğlu yerindəcə dünyasını dəyişib. 15 yaşlı oğlan isə ağır xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.