Daha bir sərxoşu avtomobil vurub: vəziyyəti ağırdır

24 Avqust 2019 00:18 (UTC+04:00)
Gəncədə toydan çıxan Sumqayıt sakinini avtomobil vurub. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Aznixi adlanan qəsəbısində baş verib. Şahin Həsənov yolu keçmək istəyərkən "VAZ 21 07" markalı avtomobil onu vurub. Adı çəkilən şəxs zərbənin təsirindən bir neçə metr kənara düşüb. Yaralı ilk olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Burada ilkin tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğundan Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib.Onun bədənin bir neçə yerində sınıqlar olduğu deyilir. İlham Məmmədov