İstintaq təcridxanasına narkotik maddə keçirmək istədilər

23 Avqust 2019 21:02 (UTC+04:00)

Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs İsmayılov Şahsevən Mayıl oğluna qonşusu Kəlbəcər rayon sakini Əliyev Qabil Məhəmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,830 qram heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.