Çeçenistanda Avropanın ən iri məscidi istifadəyə verilib

23 Avqust 2019 20:03 (UTC+04:00)

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məscidin açılış mərasimində dini ocağa Məhəmməd Peyğəmbərin adının veriləcəyini bildirib. Rusiya KİV-lərinin yazdığına görə, tədbirdə müsəlman ölkələrindən olan qonaqlar, RF Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Matovnikov, Şimali Qafqaz məsələləri üzrə nazir Sergey Çebotaryov iştirak ediblər. Mərasim iştirakçılarının arasında, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti də olub.

Rusiya Prezidenti Vladimir Putin mərasimə toplaşanlara təbrik teleqramı göndərib. Məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək. Məscidin ətrafındakı 5,3 hektar ərazi də nəzərə alınarsa, burada eyni vaxtda 100 min mömin ibadət edə bilər. Tikilinin içərisi və xarici ağ yunan mərməri ilə bəzədilib.