Lənkəran prokurorluğunda ölüm hadisəsi baş verib

18 Fevral 2011 20:56 (UTC+04:00)

Lənkəran rayon prokurorluğunda ölüm hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, rayonun Hirkan qəsəbə sakini, 1934-cü il təvəllüdlü Həsənov Həsənəli Qurbanəli oğlu dünən saat 16.00 radələrində öz xahişi ilə rayon prokurorunun qəbulunda olarkən qəfil dünyasını dəyişib.

Mərhumun meyiti daxili və xarici müayinə edilməkdən ötrü Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran zona mərkəzinə gətirilib.

Mərkəzin eksperti Rafiq Qasımov meyitin daxili və xarici müayinəsinin paytaxt Bakıdan gələn ekspertlər tərəfindən aparıldığını bildirərək hər hansı bir açıqlama verməyib. Faktla bağlı araşdırma aparılır.