Səhiyyə Nazirliyi: FHN-in əməkdaşları xəstəxanadan buraxılıblar

23 Avqust 2019 10:51 (UTC+04:00)

Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığındakı tikinti materialları bazarında baş verən yanğında xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəstəxanadan buraxılıblar. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət edən yoxdur.