Hacıqabulda növbəti qəza: 8 yaralı

23 Avqust 2019 10:16 (UTC+04:00)

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil magistralının Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.