Türkiyədə torpaq sürüşməsi: 6 ev dağılıb

23 Avqust 2019 09:11 (UTC+04:00)

Türkiyənin Zonguldak vilayətinin Kozlu rayonunda baş verən güclü torpaq sürüşməsi nəticəsində 6 ev tamamilə dağılıb. SİA xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı 20 nəfər evsiz qalıb. Zərərçəkən insanların müvəqqəti məskunlaşdırılması üçün tədbirlərə başlanılıb. Anidən baş verən sürüşmənin zəlzələ olduğunu sanan sakinlər böyük vahimə yaşayıblar.