Bərdədə qohumlar arasında baş vermiş münaqişə bıçaqlanma ilə nəticələnib

23 Avqust 2019 03:22 (UTC+04:00)
Bərdədə qohumlar arasında baş vermiş münaqişə bıçaqlanma ilə nəticələnib. SİA-nın yerli bürosunun xəbərinə görə, Bərdə Rayon Xəstəxanasına çatdırılan 1981-ci il təvəllüdlü Cəfərov Afiq Novruz oğlu sol təpə nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. A.Cəfərovun vəziyyəti hazırda orta ağırdır. Faktla bağlı araşdırma aparılır, hadisənin konkret kim tərəfindən törədildiyi araşdırılır.