Xarici müəssisələr əsas kapitala 2 milyard manatdan çox vəsait yönəldiblər

23 Avqust 2019 02:43 (UTC+04:00)
2019-cu ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 162,4 milyon manat vəsait yönəldilib. SİA Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1752,7 milyon manatı (81,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran və Norveç sərmayədarlarına məxsus olub.