Kompani məşqçilikdən uzaqlaşdırılıb

23 Avqust 2019 00:23 (UTC+04:00)

"Mançester Siti"dən ayrıldıqdan sonra "Anderlext"in oynayan məşqçisi təyin edilən Vensan Kompaninin məşqçi vəzifəsi əlindən alınıb. Belçika klubunun saytında yer alan xəbərə görə, komanda ilk 4 matçda cəmi 2 xal qazandığı üçün bu qərar verilib. Beləliklə, 33 yaşlı müdafiəçi Belçika təmsilçisində təkcə oyunçu kimi karyerasını davam edəcək. Qeyd edək ki, Kompani bu yay "Mançester Siti"dən ayrılıb.