Polşada turistləri ildırım vurub

22 Avqust 2019 22:03 (UTC+04:00)

Polşanın cənubunda Gevont dağ massivində ildırım bir qrup turisti vurub. Trend-in məlumatına görə, təbiət hadisəsi nəticəsində bir neçə turist həlak olub. Onlarla şəxs xəsarət alıb. Ölən və xəsarət alanların dəqiq sayı hələlik açıqlanmır. Qeyd olunur ki, hadisə yerində xilasedicilər işləyir.