Joze Mourinyo PSJ-nin sükanı arxasına keçir?

22 Avqust 2019 21:35 (UTC+04:00)

PSJ-nin rəhbərliyi komandanın baş məşqçisi Tomas Tuheli istefaya göndərməyə hazırlaşır. Bu barədə "goal.com" saytı xəbər yayıb. Məlumatda deyilir ki, yeni mövsümə uğursuz start verən komandanın futbolçuları Tuhelin iş metodundan narazılıq edir. Klub rəhbərliyinin almaniyalı mütəxəssisi Joze Mourinyo ilə əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, Tuhel 2018-ci ilin yayından PSJ-ni çalışdırır. Mourinyonun son iş yeri isə ötən ilin dekabrında tərk etdiyi "Mançester Yunayted" olub.