ABA ilə Almaniya ƏBA arasında tərəfdaşlıq imkanları müzakirə olunub

22 Avqust 2019 18:55 (UTC+04:00)

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Almaniya Əmanət Bankları Assosiasiyası (AƏBA) arasında tərəfdaşlıq imkanları müzakirə olunub. ABA-dan SİA-ya bildirilib ki, tərəflər arasında keçirilən görüşdə assosiasiyanın prezidenti Zakir Nuriyev, baş iqtisadçı Əzizağa Haqverdiyev, layihələr üzrə menecer Elçin Həsənov, AƏBA-nın assosiasiyaları idarəetmə üzrə eksperti Tobias Grapentin, Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun Azərbaycan üzrə nümayəndəsi Eduard Şmit və bankçılıq üzrə eksperti İlham Qafarov iştirak edib.

Görüşdə sözügedən qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.