Avropa Azərbaycanlıları Konqresi Xocalı faciəsinə həsr olunmuş konfrans keçirəcək

18 Fevral 2011 19:20 (UTC+04:00)
Fevralın 26-da Frankfurt Mayn şəhərində Avropa Azərbaycanlıları Konqresi Xocalı faciəsinə həsr olunmuş konfrans keçirəcək. SİA-nın xəbərinə görə, tədbirdə Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor cəmiyyətlərinin nümayəndələri iştirak edəcək. Konfransda Türkiyə Cümhuriyyətinin Frankfurtdakı baş konsulu İlhan Sayqılı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurasının üzvü prof. Kərim Şükürov, politoloq Yohannes Heinrich, Milli Məclisin deputatı Rövşən Rzayev çıxış edəcəklər.