“Azeri Light” 64 dollara satılır

22 Avqust 2019 12:49 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,44 dollar artaraq 64,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.