Hava limanında təyyarə yandı

22 Avqust 2019 11:56 (UTC+04:00)

Kaliforniyanın Oroville şəhərində “Cessna Citation” markalı kiçik təyyarə hava limanının uçuş-enmə zolağında yanıb. RİA “Novosti” bildirir ki, bu barədə yerli yol polisi xəbər yayıb.

Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə uçuş-enmə zolağında olarkən naməlum səbəbdən hərəkəti dayandırılıb və qısa müddət sonra alovlanmağa başlayıb.

Təyyarədə olan 10 sərnişin və ekipaj üzvləri dərhal evakuasiya ediliblər.