"Ölkəmizə qarşı çirkin kampaniya aparmaq cəhdləri əbəsdir" MÖVQE-ÖZƏL

22 Avqust 2019 11:25 (UTC+04:00)

“Çox təəssüf ki, bəzi kiçik qruplar ölkə xaricində erməni diaspor dairələrinin maliyyə dəstəyi ilə anti-Azərbaycan mərkəzləri qurur, ölkəmizə qarşı çirkin kampaniya aparır, yalan informasiyalar yaymaqla, cəmiyyətimizə nifaq salmağa çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Ölkəmizə qarşı aparılan çirkin kampaniyalarda sosial şəbəkələr və internet televiziyalardan istifadə edildiyini deyən deputat söyləyib ki, edilən bütün cəhdlər əbəsdir.

Onun sözlərinə görə, cəmiyyətə bağlı olmayan, xalqımızın qayğıları ilə yaşamayan xaricdəki anti-milli qüvvələr, onların azsaylı numayəndələri Azərbaycan cəmiyyətinin dəstəyini qazana bilməz.

A.Mirzəzadə qeyd edib ki, müşahidələr də anti-Azərbaycan qruplarının geniş auditoriya toplaya bilədiyini göstərir: Onlar troll izləyici və radikal mövqedə olan insanlardan başqa heç kimin dəstəyini qazanmırlar. Xalqdan dəstək görmədiklərini onların özləri də etiraf edirlər”.