Tramp ABŞ-da doğulan hər uşağa vətəndaşlıq verilməsini gülünc adlandırıb

22 Avqust 2019 06:23 (UTC+04:00)
Prezident Donald Tramp ABŞ-da anadan olan istənilən şəxsə vətəndaşlıq verilməsi məsələsini özündə əks etdirən Konstitusiyanın 14-cü düzəlişinin ləğvi edilməsi ehtimalı barədə fikirlər səsləndirib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp ABŞ-da doğulan hər uşağa vətəndaşlıq verilməsini gülünc adlandırıb. O, "Biz buna ciddi yanaşırıq "-deyə əlavə edib ki, bu məsələyə son qoyulmalıdır. Qeyd edək ki, Tramp keçən il Axiosada müsahibə verərkən demişdi ki, sözügedən düzəlişin ləğvi üçün sadəcə, bir prezident sərəncamı lazımdır.