Qazaxda Rusiya vətəndaşı ölüb

21 Avqust 2019 23:58 (UTC+04:00)
Qazaxda Rusiya vətəndaşı ölüb. SİA-nın məlumatına görə, avqustun 20-də saat 15:30 radələrində Rusiya Federasiyası vətəndaşı, 1946-cı il təvəllüdlü Nazim Hüseynov qonaq gəldiyi Qazax rayonu Canallı kəndindəki evin həyətində qəfildən ölüb. İlkin ehtimala görə, N.Hüseynov ürək çatışmazlığından vəfat edib. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib, araşdırma aparılır.