Qeyri-leqal miqrantlar Almaniyanı tərk edirlər

21 Avqust 2019 18:26 (UTC+04:00)

AFR hökumətinin vətənə könüllü qayıtmağa görə pul mükafatı proqramından təqribən 7 min qeyri-leqal miqrant istifadə etmək qərarına gəlib. SİA xəbər verir ki, bu rəqəmlər cari ilin birinci yarısına aiddir.

İmtina cavabı alan daha 11496 miqrant Almaniyadan deportasiya edilib. 2018-ci ilin eyni dövründə isə bu ölkədən 12261 qeyri-leqal immiqrant göndərilib.

4215 şəxs Dublin Paktı çərçivəsində Aİ-nin başqa ölkələrinə göndərilib. Pakta görə, miqrant sərhədini keçdiyi ilk Avropa İttifaqı ölkəsinə sığınacaq almaq xahişi ilə müraciət edə bilər.