"Qarabağ"ın "Linfild"lə matçının biletləri satışa çıxarılıb UEFA Avropa Liqası

21 Avqust 2019 17:26 (UTC+04:00)

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb. SİA-nın məlumatına görə, avqustun 29-da baş tutacaq görüşü izləmək istəyənlər sektorlardan asılı olaraq 2, 5, 10 və ya 50 manat ödəməlidir.

Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və onlayn şəkildə iticket.az-dan almaq mümkündür.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.