Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur

21 Avqust 2019 16:25 (UTC+04:00)

Əli Əhmədov: "Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir"

Dünyada öz iqrisadi inkişafi, ictimai-siyasi sabitliyi ilə seçilən və tanınan Azərbaycanın əldə etdiyi uğurlar, nailiyyətlər hər gün ötən günə nisbətən daha da artmaqdadır. Bunu nufuzlu maliyyə institutları da, yaydıqları illik hesabatlarında qeyd edirlər. Amma diqqətçəkən məqam ondan ibarətdir ki, ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsini bəzi yerli və xarici maraqlı qüvvələr həzm edə bilmirlər və qısqanclıqla yanaşırlar. Müxtəlif mərkəzlər bütün mümkün vasitə və üsullardan istifadə etməklə, Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar. Görünən və aydın olan məsələ ondan ibarətdir ki, bu üzdəniraq mərkəzlərin üzvlərinin sıraları genişlənməkdədir. Xaricə üz tutan və AXCP-nin, Müsavatın saxta partiya vəsiqələri ilə mühacir statusu ilə çıxış edən "azərbaycanlı" buyruq qulları əməlləri və fəaliyyətləri ilə satqın və xəyanətkar olduqlarını, istənilən an Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı çıxmaqla sübuta yetirirlər. Yəni bu üzdəniraqlar maddi maraqları və yaşadıqları ölklərdə məskunlaşmaq izni almaq üçün istənilən xəyanətə hazırdılar.

Müxalifət, hələ də, yenilşmədən kənarda qalıb

"İş o yerə çatıb ki, "siyasi mühacir" statusunu almaq üçün, sadəcə, bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir"

Bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Ancaq bütün bu nailiyyətləri, hər şeydə qara axtaran və ermənipərəst mövqeləri ilə seçilən dağıdıcı müxalifət təmsilçiləri görmək istəmirlər. Söz yox ki, hüquqi- demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən və daim demokratik təsisatlarını təkmilləşdirən Azərbaycanda dəyişikliklərdən və yeniləşməkdən kənarda qalan belə rüsvayçı müxalifətin mövcudluğu biabırçılıqdır. 26 ildən çoxdur dəyişməyən müxalifət, təbii ki, indiki acınacaqlı vəziyyətə düşməlidir. Bu kimi faktaların fonunda, dağıdıcı müxalifət, hələ də, nəyəsə ümid edir və siyasətdə fəaliyyətlərini davam etdirməklə, növbəti seçkilərdə iştirak etmək zamanını gözləyirlər. Ancaq əbəs yerə. Çünki müxalifətin əvvəlki seçkilərdə olduğu kimi, keçirilməsi gözlənilən növbəti seçkilərdə də, acınacaqlı məğlubiyyətə düçar olacağı şübhəsizdir. Çünki xalqın müxalifətə olan mənfi münasibəti dəyişməyib və bundan sonra uzun illər, bu mövqeyin dəyişməyəcəyi şübhəsizdir. Bu mənada, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun özünün "Facebook" səhifəsində paylaşdığı status maraqlı və həm də, diqqətçəkəndir: "Seçki proseslərinə müdaxilə edilməsi yolu ilə dövlətlərin daxili işlərinə qarışmaq taktikası, son dövrlərdə geniş surətdə istifadə edilməyə başlayıb. Bu barədə səs-küylü araşdırmalar, yəqin ki, müasir siyasi texnologiyaların istifadəsinin milli dövlətlərin suverenliyi üçün təhlükəli həddə çatmasından xəbər verir".

Əli Əhmədov qeyd edib ki, indi seçki prosesinə xarici müdaxilə təhlükəsindən ABŞ-da, Avropada, Rusiyada ciddi xəbərdarlıqlar edilir, necə deyərlər, həyəcan təbili çalınır: "Müxalifəti dəstəkləmək, ona təlimlər keçməkdən tutmuş maliyyələşdirməyə qədər çox müxtəlif formalarda seçki prosesinə kobud şəkildə müdaxilə edilməsi halları uzun tarixə malikdir və təəssüflə qeyd olunmalıdır ki, biz dəfələrlə Azərbaycanda onun şahidi olmuşuq və etirazımızı bildirmişik. Müxalifətin keçirdiyi mitinqləri bir çox xarici ölkə səfirlərinin diqqətlə izləməsi, bu aksiyalar barədə əvvəlcədən müfəssəl məlumatlara malik olmaları, hətta digər ölkələrdən xüsusi missiyalı şəxslərin mitinq yerlərində peyda olmaları dəfələrlə rast gəldiyimiz hallardır. Bu azmış kimi, müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi də heç kimə sirr deyil. İş o yerə çatıb ki, "siyasi mühacir" statusunu almaq üçün, sadəcə, bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir. Mətbuatda siyasətlə heç bir əlaqəsi olmayan insanların saxta müxalifət partiyası vəsiqəsi ilə xaricə mühacirət etməsi faktları dəfələrlə araşdırma predmeti olmuşdur. Mən bunu bəzi müxalifət partiyası rəhbərlərinin bu işdə də saxtakarlığını ifşa etmək məqsədilə demirəm, sadəcə, prosesin nə qədər geniş və iyrənc formalar kəsb etdiyini diqqətə çatdırmaq istəyirəm".

Xəyanətkarlıq müxalifətin xislətindədir

"Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir"

Maraqlı məqamlardan biri də, ondan ibarətdir ki, Azərbaycanın dağıcıcı müxalifəti hər hansı müxtəlif xarakterli və rəngli aksiyalar keçiriləndə, onun təcrübəsindən yaralanmağa çalışır. Sanki himə bəndlərmiş kimi, tədbirlər, yığıncaqlar keçirib və kütələvi aksiyaların keçirlməsinə qərar verirlər. Xüsusilə də, 2004-cü ildə Gürcüstanda, 2005-ci ildə Ukrayna və Qırğızıstanda yaşanan hadisələrdən sonra da AXCP, Müsavat və digər dağıdıcı xislətli partiyalar eyni hadisələrin Azərbaycanda təkrarlanacağını iddia edir, hətta narıncı rəngə bürünürdülər. Lakin ən böyük hakim olan zaman Əli Kərimlinin, İsa Qəmbərin, Cəmil Həsənlini və Arif Hacılının yanlış iddiaya düşdüklərini nümayiş etdirdi, beləcə, aksiyalar nəticəsiz qalmaqla yanaşı, müxalifətin dağılmasına təkan olan başlıca amillərdən oldu. Ancaq görünən odur ki, dağıdıcı müxalif başbilənləri öz yarıtmaz və səhv siyasətlərindən əl çəkmirlər. Bu isə, onların xarici maraqlı dairələr tərəfindən təlimatlandırıldıqlarını göstəririk. Hətta dağıdıcı müxalifətin milli və dövlətçilik maraqlarına qarşı fəaliyyətlərinin gücləndirlməsi üçün qarayaxma kampaniyası apamağa köklənən xaricdəki azərbaycanlı mühacirlərdən və internet televiziyalardan istifadə edirlər. Yəni xarici dairələr yerli və xarici müxalif təmsilçilərinin əlaqələrini koordinasyia edirlər. Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov, haqlı olaraq bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir: "Bunlardan biri internet televiziyalardır. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi, internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə, Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar, düşünə bilərlər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri, təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş, Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir".

Əli Əhmədov Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə, siyasi proseslərə, seçkilərə və müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyib: "İnanıram ki, milli mənafeləri hər şeydən üstün tutan partiyalar, siyasi baxışlarından asılı olmayaraq ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qəti və layiqli cavab verəcək, maraqlı xarici qüvvələr tərəfindən şirnikdirmə, satınalma və şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməyəcək. Azərbaycan müstəqillik illərində möhtəşəm inkişaf yolu keçib, güclənib, qüdrətlənib, müasirləşib və dünyada parlaq gələcəyi olan ölkə kimi tanınıb. İnsanlar əmin-amanlıq şəraitində yaşayır, özünün, ailəsinin, övladlarının gələcəyindən nigaran deyil, ən başlıcası isə, həyatlarından məmnundurlar. Hansısa şübhəli maraqlar naminə, bu gözəl ölkənin firəvanlığına, gələcəyinə, insanlarına problem yaratmağa, xalqın suverenliyini qurban verməyə hazır olanlar xalqın və onun fəal siyasi hissəsi olan milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər".

İ.ƏLİYEV