Ədəbsizliyin Əli Kərimli nüminəsi MƏQALƏ

21 Avqust 2019 16:20 (UTC+04:00)

Dəfn mərasimini siyasiləşdirməyə cəhd etmək mənəviyyatsızlıqdan başqa bir şey deyil

Mövcud reallıq ondan ibarətdir ki, xarici maraqlı dairələrin əlaltısı rolunda çıxış edən AXCP, "Milli Şura", Müsavat və bu kimi digər partiyalar və qurum liderlərləri xalqın faciələrindən öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərib. Bunun biz Xocalı soyqırımı və 20 Yanvar faciəsi zamanı Müsavat başqanı Arif Hacılının, AXCP sədri Əli Kərimlinin, "Milli Şura"nın rəhbəri Cəmil Həsənlinin müxtəlif təxribatları ilə gündəmə gəlməyə cəhd etdilərini görmüşük. Məhz bu xislətlərinə görə də, cəmiyyət tərəfindən növbəti dəfə ittiham və qınaq obyekti olublar. İndi də, ənənəvi ampluasından çıxış edən Ə.Kərimli və A.Hacılı 24.07.2019-cu il, axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi-Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşinin tapılmasından sonra müxtəlif pozucu xarakterli açıqlamaları ilə çıxış etmələri ilə gündəmə gəlməyə çalışırlar. Təbii ki, bu da, yolverilməzdir və haqlı olaraq, mərhum pilotun qohumları, eləcə də, cəmiyyət tərəfində, sərt təpki ilə qarşılanır. Hətta mərhum pilotun qohumları müxalifətə ünvanladıqları müraciətlərində, onları təxribat xarakterli açıqlamalarını dayandırmağa çağırıblar.

"Biz sizləri vida mərasimdə görmək istəmirik"

Pilot R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli isə müxalif siyasi partiya üzvlərini və siyasi qrupları keçiriləcək vida mərasimində görmək istəmədiklərini bildirib. Qabil Hüseynli vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayaraq, onların mərasimə qatılmalarını istəmədiklərini bildirib: "Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi dividend əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən, artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər".

Məsələ ilə bağlı "Səs" qəzetinin və eyniadlı informasiya agentliyinin baş redaktoru Bəhruz Quliyev "Facebook" səhifəsində yazaraq bildirib ki, dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir. Baş redaktor qeyd edib ki, "20 faiz torpaqları işğal altında olan Azərbaycanın sərhədində hər hansı bir hadisənin olması təbii prosesdir. Belə məqamların üzərində oyun qurmaq cılızlıqla yanaşı, siyasi mübarizədə naşılıq, şəhidlərin ruhuna hörmətsizlikdir".

B.Quliyev onu da bildirib ki, şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həlakı, eləcə də, dəfn mərasimi siyasi predmet olmamalıdır: "Bu, yolverilməz, mənəvi dəyərlərə ziddir. Ona görə də, pilotun yaxın qohumu, politoloq Qabil Hüseynli şəhid pilotun dəfn mərasimindən siyasi məqsədlər üçün istifadə etmək istəyənlərə yerində çağırış edib. Qabil Hüseynli həmin şəxslərin xislətini çox gözəl bilir. Ümumiyyətlə, hesab edirəm ki, dəfn mərasimini siyasiləşdirmək məqsədi ədəbsizlikdir. Vətən uğrunda həlak olanlara Allahdan rəhmət diləyirəm".

Müxalifət başbilənlərinin yeri tarixin zibilliyidir

Ümimiyyətlə, yuxarıda qeyd etdiyim kimi, zaman-zaman müxalifətin başbilənləri xalqın faciələrindən siyasi məqsədləri üçün iitifadə etməyə çalışıblar. Məkrli niyyətlərinə nail ola bilməsələr də, görünən odur ki, çirkin niyyətlərindən və əməllərindən əl çəkmirlər. Hətta bəzən məram və məqsədlərini anlamayan 5-10 gənci ələ alıb, onları dövlətə qarşı yönəltməyə və öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər. Bu baxımdan, demək olar ki, Azərbaycana təzyiq etmək üçün xarici dövlətlərin kəşfiyyat orqanlarına material ötürən gənclər, məhz AXCP və Müsavatın sıralarından çıxıb. Həmin gənclər, bəlkə də, etdiklərinin fərqini iş-işdən keçdikdən sonra anlamağa başlayırlar. Həmin gənclər məhbəs divarları arasında olanda, səhvlərini başa düşürlər ki, bu zaman da, artıq gec olur. A.Hacılının, Ə.Kərimlini və C.Həsənlinin gənclər siyasətləri yalnız xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilik etməkdir. Söz yox ki, bu siyasətin həyata keçirilməsindən, müxlifət başbilənləri xarici maraqlı dairələrdən maliyyə yardımları alırlar. Xatlrlatmaq lazımdır ki, 2016 cı ilin aprel hadisələri dövründə bütün xalq tarixi qələbə əhval ruhiyyəsində olduğu halda, Əli Kərimli məsələnin mahiyyətini təhrif etdi, ordumuza qarşı kampaniya təşkil etməyə çalışdı. Həmin hadisələrlə bağlı dəfn mərasiminə başının dəstəsi ilə gəldi bütün yol boyu müxtəlif KİV- lərə müsahibələr verdi. Dəfn, yas mərasimində iştirak edən şəxs belə cılız hərəkətlərə yol verirsə, onun orada olması atzuolunandırmı? Təbbii ki, birmənalı mövqe və fikir ondan ibarətdir ki, arzu edilən deyil. Onun digər kütləvi tədbirlərə də münasibəti eynidir. Bu insan istənilən məsələnin mahiyətini öz maraqlarına uyğun istiqamətləndirməyə və maksimum yararlanmağa çalışır.

Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil

Hansı şəxs əzizinin yas mərasimini siyasi avantüra vasitəsinə çevirmək istəyənləri bu mərasimdə görmək istəyər? Söz yox ki, kimsə bunu istəməz. Buna görə də mərasim sahiblıri Ə.Kərimlini görmək istəmir və öz fikirlırini aydın şəkildə ifadə edirlər. Ə. Kərimlinin hakimiyyətə və dövlətə qatşı nifrəti elə yüksək sıviyyəyə çatıb ki, o, artıq nə etdiyinin və nə dediyinin fərqində deyil. Onun üçün başlıca hədəf xarici maraqlı dairələrin sifarişlərini yerinə yetirməkdir. Çünki, belə tərbiyyə alıb və maddi dəstək qarşılığında üzərinə belə öhdəliklər götürüb. Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, Ə. Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub. Onun sözlərinə görə, Ə. Kərimli bütün siyasi fəaliyyəti boyunca, ancaq satılmaq işinə baxıb: "Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti, məhz Qərbə satılmağa köklənib. Əli Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların və qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır. Onun ətrafında Qəddafiyə oxşayan Gözəl Bayramovadan, Azərbaycan iqtidarına xəyanət edən Gültəkin Hacıbəylidən və boş-boş danışan Fuad Qəhrəmanlıdan başqa heç kim qalmayıb".

Elşən Musayev onu da bildirib ki, bu insanlar ancaq bazar jarqonu ilə danışırlar: "Ə.Kərimlinin ətrafında olanlardan biri də G. Hacıbəylidir. O, alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdir. Mən özümə borc bilərək, ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazım deyil. Xüsusilə də, iqtidara lazım deyil. Bu gün o, heç beynəlxalq təşkilatlara da lazım deyil. Çünki bir alqı-satqı obyekti olaraq, bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar".

İ.ƏLİYEV