Kanada Suriyadakı türk hərbçilərinə edilən hücumu pisləyib

21 Avqust 2019 13:42 (UTC+04:00)

ABŞ-dan sonra Kanada da Suriyadakı türk hərbçilərinə edilən hücumu pisləyib. SİA xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Kanada Xarici İşlər Nazirliyi “Twitter”də açıqlama yayıb. Açıqlamada bildirilir ki, Kanada Suriyadakı türk hərbçilərinə edilən hücumu və mülki insanlara qarşı zorakılığın artmasını pisləyir. “Hakimiyyət qüvvələri və müttəfiqləri İdlibdəki hava hücumlarını dayandırmalı və atəşkəsə qayıtmalıdır. Tərəfləri təzyiqi azaltmağa çağırırıq”.

Qeyd edək ki, avqustun 19-da İdlibdə türk hərbçiləri hökumət qüvvələri tərəfindən hava hücumuna məruz qalıblar. Nəticədə 3 mülki şəxs ölüb, 12-si yaralanıb.