Ankarada 3,4 ballıq silkələndi

21 Avqust 2019 09:17 (UTC+04:00)

Türkiyənin Ankara vilayətinin Kazan bölgəsində 3,4 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, zəlzələ yerli vaxtla 22:11-də qeydə alınıb. Zəlzələlərin episentri Kazan vilayətində olub.

Zəlzələnin ocağı 7,06 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar vilayətin bir çox bölgəsində hiss olunub.