Azərbaycanla oyunu ərəfəsində Uels milli komandasının məşqçilər korpusunda dəyişiklik edilib
21 Avqust 2019 08:36 (UTC+04:00)
AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunu ərəfəsində Uels milli komandasının məşqçilər korpusunda dəyişiklik edilib.
SİA-nın məlumatına görə, U-21-in baş məşqçisi Robert Peyc əsas komandaya cəlb olunub.
O, qarşıdakı oyunlarda Rayan Giqqzin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
R.Peyc sentyabrın 6-da Azərbaycanla seçmə, üç gün sonra Belarusla yoxlama görüşündə Albert Stayvenberqlə birlikdə köməkçi məşqçi olacaq. Çalışdırıcı AVRO-2020-nin seçmə mərhələsinin sonunadək bu postu tutacaq. Onun U-21-dəki vəzifəsi isə Pol Bodinə tapşırılıb.