Evdən 5 min manatlıq əşyalar oğurlayan şəxs tutulub

21 Avqust 2019 01:02 (UTC+04:00)

Abşeronda evdən 5 min manatlıq əşyalar oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini T.Səlimov saxlanılıb.