Yunanıstanda helikopter qəzası olub

20 Avqust 2019 21:19 (UTC+04:00)

Yunanıstanın Poros adasına yaxın ərazidə helikopter elektrik naqillərinə dəyərək qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 3 nəfər həlak olub. Axtarışlar nəticəsində hələ ki, yalnız pilotun cəsədi tapılaraq sudan çıxarılıb. Digər 2 nəfərin axtarışları davam etdirilir.