Moskvanın “Dinamo” klubunun sabiq məşqçisi Andrey Kobelev komandanın azərbaycanlı hücumçusu Ramil Şeydayevin oyunu ilə bağlı fikirlərini açıqlayıb. Belə ki, “Sport-ekspress”ə müsahibəsində o deyib: “Fikrimcə, “Dinamo”nun seleksionerləri, idman və baş direktoru “Krılya Sovetov”dan alınan futbolçunun avrokuboklara düşmək istəyən komandaya o dəqiqə nəticə verəcəyini güman etmirdilər. Bu, absurd olardı. Elə isə sual yaranır: “Dinamo” Ramili niyə alırdı?”.