"İraq ordusunu dəstəkləməyə davam edəcəyik"

20 Avqust 2019 17:17 (UTC+04:00)

Almaniya beynəlxalq koalisiyanın bir hissəsidir. Biz Almaniya olaraq İraq ordusuna dəstəyimizi davam etdirəcəyik. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İordaniyaya səfərindən sonra Bağdada gələn Almaniyanın Müdafiə naziri Annerget Kramp Karrenbauer həmkarı Necah əş-Şəməri ilə görüşündə deyib. O, terrorla mübarizə və logistika sahələrində əməkdaşlıq məsələlərindən danışıb.

Görüşdə, həmçinin hərbi təlimlər barədə məsələlər müzakirələr edilib.