27 yaşlı qız itkin düşüb

20 Avqust 2019 16:01 (UTC+04:00)

Bakıda 27 yaşlı qız itkin düşüb. Verilən məlumata görə, paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi 62 ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Quliyeva Gülnar Mehman qızı avqustun 16-da səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.