17 mərtəbəli binada partlayış, yanğın başladı

20 Avqust 2019 12:02 (UTC+04:00)

Bakının Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb. Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, İsmayıl bəy Qutqaşınlı 63 ünvanında yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən maşınlar cəlb olunub.

Bina sakinləri təxliyyə edilib.

İlkin məlumata görə, yanğın elektrik şitinin partlaması nəticəsində başlayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Nazirlikdən bildirilib ki, yanğın 17 mərtəbəli binanın 13 və 14-cü mərtəbəsi arasındakı elektrik şitində baş verib. Hazırda yanğının söndürülməsinə çalışırlar.