Qadın güləşçilərimizin çempionata hazırlığı davam edir

20 Avqust 2019 09:32 (UTC+04:00)

Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, avqustun 24-dək davam edəcək hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən TMT əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.