Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb

20 Avqust 2019 01:05 (UTC+04:00)

Neftçala rayonunda orta yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Rüstəm Yaqub oğlu Şükürov qohumunun həyətində işıq dirəyində iş görərkən ehtiyatsızlıq səbəbindən onu elektrik cərəyanı vurub. R.Şükürov hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.