4 ay əvvəl itkin düşən qadın axtarışa verildi

19 Avqust 2019 22:02 (UTC+04:00)

Astara rayonunda 40 yaşlı qadın itkin düşüb. Trend-in məlumatına görtə, hadisə rayonun Şiyəkəran kəndində baş verib. Kənd sakini Hüseynova Aysel Asf qızı polisə müraciət edərək bildirib ki, anası, 1979-cu il təvəllüdlü Hüseynova Sadiqə Falat qızı 4 ay əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.