Yanvar-iyul aylarında ölkədən 72 milyon dollar dəyərində meşə fındığı ixrac olunub

19 Avqust 2019 05:12 (UTC+04:00)
Cari ilin yanvar-iyul aylarında ölkədən 13 min 167 ton meşə fındığı ixrac olunub. SİAxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Qeyd edilən dövrdə ixrac edilən meşə fındığının dəyəri 72 milyon 67 min ABŞ dolları olub.