İranda futbola baxan "saqqallı" qızlar saxlanıldı

18 Avqust 2019 10:23 (UTC+04:00)

İranda futbol oyununu izləmək istəyən 6 qız süni bığ və saqqal yapışdıraraq stadiona daxil olub. SİA-nın verdiyi məlumata görə, əvvəlcə heç kim onların qız olduğunun fərqinə varmayıb. Sonadan planları üzə çıxan qızlar yerli polis tərəfindən saxlanılıb.

Məlum olub ki, onlardan biri jurnalistdir. İran qanunlarına əsasən, qadınların stadionda futbol matçını izləməsi qadağandır. Bu səbəbdən həmin qızlar inzibati qaydada cəzalandırılacaq.